Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd olundu.

28 mart 2018 | 16:00

28 mart 2018-ci il tarixdə Beyləqan rayonun Gənclər mərkəzində Dövlət Təhlükəsizlik xidməti orqanlarının əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirildi.Tədbirdə rayon İcra hakimiyyəti başçısı Vaqif Abdullayev, DTX-nin Beyləqan rayon  şöbəsinin rəisi Nadir Bağırov  və şöbənin əməkdaşları,hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların nümayəndələri iştrak etdilər.Əvvəlcə ulu öndər  Heydər Əliyevin abidəsi ziyarət edildi, önünə gül-çiçək dəstələri qoyularaq xatirəsi yad edildi.Tədbiri giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını peşə bayramını  münasibətilə təbrik etdi.Bu gün Azərbaycanda təhlükəsizlik orqanlarınının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirərək ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin müstəqillik, suverenlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının dövlət Təhlükəsizliyi Xidmətinin əsas vəzifəsi olduğunu qeyd etdi.Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən Heydər Əliyev siyasətinin həyata keçirilməsi , Vətənimizin ,xalqımızın təhlükəsizliyi, yüksək sayıqlıq. peşəkarlıq, və fədakarlıq təhlükəsizliyimizin əsasıdır və təhlükəsizlik orqanı oşçilərinin fəaliyyəti də məhz bu amillərlə bağlıdır deyə vurğuladı.
DTX-nin rayon şöbəsinin rəisi Nadir Bağırov öz çıxışında Təhlükəsizlik orqanlarının yaranma tarixindən məlumat verərək ölkədə inkişafın əsasında təhlükəsizliyin dayandığını qeyd etdi.Göstərdiyi qayğıya görə dövlətimiz başçısına bütün əməkdaşların adından minnətdarlıq edərək  bundan sonrakı fəliyyətləri dövründə də dövlətimizin təhlükəsizliyinin qorunması istiqamətində vicdanla , əzmlə xidmət edəcəklərinin vurğuladı.Çıxış edənlər təhlükəszilik orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək işlərində uğurlar arzu etdilər.Sonda DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Bağırov Nadir Bayram oğlu rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildi.Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər