“26 iyun–Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir keçirilib.
25 iyun 2024 | 16:57
25 iyun 2024-cü il tarixində Beyləqan rayon Heydər Əliyev Mərkəzində “26 iyun–Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar, Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin və Cərciz Peyğəmbər məscidinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti, mədəniyyət müəssisələrinin əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən natiqlər tərəfindən narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verilib.
Narkomaniyanın və narkobiznesin fəsadlarını özündə əks etdirən videoçarxın nümayişi ilə tədbir başa çatıb.