Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Pambıqçılığın inkişafı ilə bağlı ümumrayon müşavirəsi keçirildi.

28 mart 2018 | 16:00

28 mart 2018-ci il tarixdə Beyləqan rayon Mədəniyyət sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələrin yerlərdə icrasi ilə əlaqədar Ümumrayon müşavirəsi keçirildi. Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev , Prezident Administrasiyasının Ərazi-Təşkilat məsələləri şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev, icra nümayəndələri, bələdiyyələr,aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə iri pambıq istehsalçıları, fermerlər, ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.
İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev müşavirədə çıxış edərək ,martın 26-da ölkə Prezidentinin sədrliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsi keçirildiyini, müşavirədə cənab Prezidentin Respublikamızda pambıqçılığın inkişafı ilə əlaqədar bütün adiyyatı təşkilatlar qarşısında konkret vəzifələr qoyaraq öz tövsiyə və tapşırıqlarını verdiyini qeyd etdi.Pambıqçılığın gəlir gətirən sahə olduğunu vurğulayan Vaqif Abdullayev hələ Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəyə rəhbərlik etdiyi dövrdən başlayaraq əhalinin sosial rifahının yaxşılaşdırlması məqsədilə pambıqçılığın inkişafına qayğı və diqqətlə yanaşdığını ,bunun sayəsində 1970-ci illərdən digər kənd təsərrüfatı məhsulları ilə eyni zamanda pambıqçılığın inkişafına zəmin yarandığını , Azərbaycan pambıq istehsalına görə o vaxtkı respublikalar içərisində ön sırada dayandığını qeyd etdi.Bu gündə həmin sahə öz yüksəliş dövrlərinə qayıdır. Bunun üçün dövlət bütün dəstəyini nümayiş etdirir. Cənab Prezidentimiz tərəfindən starteji məhsul olan pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, qəbul olunmuş Dövlət Proqramları Respublikamızda pambıqçılığın inkişafı üçün əlverişli şərait yaratmaqla yanaşı əhalinin məşğulluğunu təmin edir.Ötən təsərrüfat ilində rayonumuzda 8550 ha sahədə pambıq əkildiyini qeyd edən V.Abdullayev məhsuldarlığın qənaətbəxş olmadığını bu il əkiləcək 9710 ha sahədə aqrotexniki qaydalara vaxtında əməl olunmasını, suvarma ilə bağlı problemlərin aradan qaldırılmasını, yığım zamanı sahibkarlara əlverişli şərait yaratmağın vacib olduğunu vurğuladı və qeyd etdi ki, məhsuldarlığımız cari ildə ən azı 20 sentner təşkil etməlidir.
Prezident Administrasiyasının Ərazi-Təşkilat məsələləri şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev çıxışında qeyd etdi ki, cənab Prezidentimiz İlham Əliyevin müşavirədə səsləndirliyi fikirlərdən bir daha aydın oldu ki, pambıq ölkəmiz üçün əhəmiyyətli məhsul olmasıyla yanaşı əhalinin məşğulluğunun təmin edilməsində öz töhvəsini verir, strateji məhsul kimi ölkəyə valyuta gətirir, sahibkarlar daha çox qazanırlar və ailələr daha yaxşı dolanırlar.Çalışmalıyıq ki,yerlərdə yaranan hər hansı xırda problemlər operativ həll olunsun,məhsuldarlıq daha da yüksəlsin, insanların məşğulluğu təmin olunsun.
Çıxış edənlər Prezidentimizə pambıqçılığın inkişafında yaradılan şəraitə görə öz minnətdarlığını bildirərək , 2018-ci Təsərrüfat ilində daha yaxşı nəticə göstərmək üçün daha səylə çalışacaqlarını qeyd etdilər.
Daha sonra pambıq əkini; becəriıməsi və tədarükü sahəsində mövcud olan problemlər səsləndirildi, qaldırılan məsələlərin icrası məqsədilə aidiyyatı şəxslərə lazımi tapşırıq və tövsiyələr verildi.

Keçidlər