“Beyləqan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib
03 aprel 2018ci il tarixdə Beyləqan rayon Gənclər mərkəzində “Beyləqan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, eləcədə bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.Rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək qonaqları salamladı. Beyləqan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlilinin gələcəkdə torpaqlardan düzgün istifadə edilməsində əhəmiyyətindən danışdı.ƏMDK Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərininin təkmilləşdirməsi, torpaqların elektron uçotunun aparılması istiqamətində müvafiq tapşırıqlar verdiyini, Ölkə başçısının “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmanına uyğun olaraq bütün ölkə üzrə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işi aparıldığını və rəqəmsal kadastr xəritələrinin tərtib edildiyini bildirdi. Bu işlərin həyata keçirilməsində beynəlxalq təcrübə öyrənilib və nüfuzlu xarici şirkətlər layihəyə cəlb olunub deyə çıxışına əlavə etdi. Görülən işlər nəticəsində 16 rayonda torpaqların kadastr uçot işləri yekunlaşıb. Artıq kadastr uçot işləri yekunlaşmış rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatların keçirilməsinə və bu məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilməsinə start verilib. Bu məqsədlə ilk dəfə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 3-də Beyləqan rayonunda Tədbirin keçirilməsində başlıca məqsəd Beyləqan rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.Beyləqan rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb deyə qeyd etdi.
Podratı şirkətin nümayəndəsi Aliihsan Tepetaş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən görülən işlərə dair “Beyləqan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda təqdimat edərək, Uçot Sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan, görülən işlərdən danışdı. Bildirdi ki, torpaqların uçotu işinin nəticəsi olaraq hazırda Beyləqan rayonunun bələdiyyə hüdudları daxilində 73194 hektar torpaq sahəsinin mövcudluğu müəyyən edilmişdir. Bunun da 49 min hektardan çoxu əkin, 112 hektarı çoxillik əkmələr təşkil edir. Həmçinin bəlli olmuşdur ki, rayonda 1 hektar sahəsi olan pay torpaqları ümumi parsellərin 36%-ni təşkil edir. Bu da pay torpaqlarının konsolidasiyasını zəruri edir. Həmçinin Beyləqan rayonunda 5000-dən artıq halda pay torpaqlarında normadan artıq torpaq sahələrinin istifadə edildiyi müəyyənləşdirilmişdir. Həmçinin torpaq islahatı aparılan zaman rayonun bələdiyyə hüdudları daxilində 44 min hektar əkin sahəsi olduğu halda, hazırda uçot əsasında 49 min hektardan çox əkin sahəsinin mövcudluğu aşkar edilmişdir.Rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçot işi aparılmışdır. Belə ki, tədqiq olunan ərazilərin 6871,22 hektarında zəif, 2553,18 hektarında orta, 1045,27 hektarında isə şiddətli şorlaşma qeydə alınmışdır. Bu isə həmin ərazilərin yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılması üçün nə kimi aqrokimyəvi və meliorativ təbirlərin aparılması ilə bağlı optimal qərarların qəbul edilməsinə imkanlar yaradır.Uçot işi nəticəsində hazırlanmış Beyləqan rayonunun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Rayonun torpaqlarının iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının hazırlanması isə ərazilərin kənd təsərrüfatı məqsədilə daha səmərəli istifadəsinə imkanlar yaradır. Başqa sözlə torpaqların iqtisadi qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərdə hansı növ bitkilər əkilməklə daha çox məhsul əldə etmək mümkünlüyü dəqiqləşir.Eyni zamanda rayonun tərtib edilmiş xəritələrində hüquq müəyyənedici sənədlə təsdiq olunan ölçüdən artıq istifadə edilən ərazilərin sərhədləri müəyyən edilib ki, bu da istifadədəki uyğunsuzluqları aradan qaldırır. Həmçinin zəbt olunmuş, qanunsuz tikililərin, istifadədən kənar qalan torpaq sahəsi müəyyənləşib. Bu isə rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.Torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasın zəmin yaradacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Bununla da müştəri məmnunluğu təmin ediləcək. Beləliklə sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcəkdir.Qeyd edilməlidir ki, gələcəkdə kadastr uçot işləri yekunlaşmış digər rayonlarda da əldə edilən nəticələrin nümayişi ilə bağlı tədbirlər davam etdiriləcək deyə natiq çıxışına əlavə etdi.
Sonda tədbir iştakçılarının sualları cavablandırılıb.