Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin Qaradağlı kəndində vətəndaşlarla növbəti Səyyar qəbulu - görüş keçirildi.
18 aprel 2018-ci il tarixdə Qaradağlı kəndində Qaradağlı və Yuxarı Çəmənli kəndinin sakinləriylə görüş keçirildi. Görüşdə İcra hakimiyyəti,rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatlar kənd sakinləri iştrak etdilər.İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev kənd sakinlərini salamlayaraq bu günün ölkəmizdə əhəmiyyətli gün olduğunu Azərbaycan Prezidenti İlham Əliyevin and içmə mərasiminin keçirildiyini növbəti yeddi il ərzidndə Azərbaycanın uğurla inkişaf edəcəyindən əmin olduğunu, Beyləqan rayonunun da son illərdə sosial-iqtisadi göstəricilərinin yüksəldiyini, pambıq əkini ilə bağlı rayonumuzda kənd sakinlərinin məşğulluğunun təmin ediləcəyini bununla əhalinin sosial rifahının yüksələcəyini qeyd etdi.Ötən təsərrüfat ilində Yuxarı Çəmənli və Qaradağlıda əkin aparılmış pambıq sahələrində məhsuldarlığın qənaətbəxş olduğunu vurğulayan Vaqif Abdullayev əmin olduğunu qeyd etdi ki, cari təsərrüfat ilində də kənd sakinləri yüksək məhsuldarlığa nail olacaqlar.Pambıqla yanaşı digər kənd təsərrüfatı məhsullarının da əkildiyi bu torpaqlarda hər zaman məhsuldarlığın yüksək olması üçün qarşıya çıxacaq hər hansı bir problemin vaxtinda və operativ həlli istiqamətində görüləcək işlərə diqqət edərək aidiyyəti üzrə təşkilatlara tapşırıq və tövsiyyələrini verdi.Kənddə mövcud olan dren-kollektorların təmizlənməsi , suvarma suyuna olan ehtiyacın ödənilməsi istiqamətində vacib məsələlərə toxundu.sonra sakinlər dinlənildi.
Kənd sakinləri çıxış edərək Azərbaycanda olan sabitlik və inkişaf üçün cənab Prezidentə təşəkkür edərək Azərbaycan xalqının hər zaman öz rəhbərini dəstəklədiyini qeyd etdilər.Cari təsərrüfat ilində əkiləcək pambıq sahələrindən yüksək nəticələr gözlədiklərini qeyd edərək bildirdilər ki, kənd cammatı təsərrüfata bağlı olmaqla yanaşı hər zaman məhsuldarlığın yüksək olmasına çalışıblar və buna nail olublar.Kənddə əhalinin suvarma ilə bəzi sahələrdə problemlər olduğunu və bunun həlli istiqmətində atılacaq addımlar sayəsində cari təsərrüfat ilində rayonumuzun kənd təsərrüfatının təminatında öz töhfələrini verəcəklərinə ümidvar olduqlarını qeyd etdilər.Yerlərdə keçirilən görüşlərə əhalinin problemlərini yerlərdə həlli istiqamətində atılan addımlara görə rayon rəhbərinə təşəkkür etdilər.