Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Milli Təhlükəsizliyə əsas təhdidlərdən biri –dini ekstremizm” mövzusunda seminar- müşavirə keçirildi.

20 aprel 2018 | 16:00

20 aprel 2018-ci il tarixdə Beyləqan şəhər Mədəniyyət sarayında Beyləqan rayon İcra hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Milli Təhlükəsizliyə əsas təhdidlərdən biri- Dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirildi.Müşavirədə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Dini qurumlarla İş üzrə Dövlət komitəsinin sədr müavini Səyavuş Heydərov, Baş Prokurorluğun nümayəndəsi Alim Cəbrayılov,Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev, Qafqaz Müsəlmanlar İdarəsinin bölgə üzrə qazisi Vadar Əliquliyev eləcə də Beyləqan , İmişli, Füzuli, Saatlı, Sabirabad rayonlarının İcra hakimiyyətləri, Daxili İşlər Nazirlikləri,Prokurorluğu,Dövlət Təhlükəsizlik Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərləri, rayonun idarə , müəssisə və təşkilat rəhbərləri, gənclər,rayon ərazisində dislokasiya olunmuş n saylı hərbi hissənin kollektivi,ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ulu Öndər heydər Əliyevin abidəsi ziyarət olundu ,Abidəsi önünə gül-çiçək qoyuldu.Sonra müşavirə iştirakçıları Ərazi bütövlüyümüz uğrunda həlak olan Aprel Şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhadət filminə ” baxdılar.Filmin nümayişindən sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev Dini ekstemizm haqqında geniş məlumat verdi, rayonun dini-siyasi vəziyyəti ilə bağlı müşavirə iştirakçılarını məlumatlandırdı və bu sahədə həyata keçirilən tədbirlərdən danışdı.
Müşavirədə Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Baş Prokurorluğun nümayəndəsi Alim Cəbrayılov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev və Qafqaz Müsəlmanlar İdarəsinin bölgə üzrə qazisi Vadar Əliquliyev çıxış edərək dini radikalizm və onunla mübarizə ilə əlaqədar həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək qeyd etdilər ki,son illərdə dini motivli radikalizm təmsilçiləri öz məqsədlərinə çatmaq üçün təşkilatı cəhətdən yaxşı hazırlanmış və terror aktlarından əvvəlki illərlə müqayisədə daha çox istifadə etməkdədirlər.Ona görə də əhali arasında məlumatlandırma və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi yüksək səviyyədə həyata keçirilməlidir.Bu baxımdan keçirilən müşavirənin əhəmiyyətinin vurğulayarq belə tədbirlərin mütəmadi olaraq keçirilməsini təşkil etmək və əhali arasında maarifləndirmə həyata keçirmək təhlükəsizliyimizin qorunmasında mühüm amil hesab olunur deyə vurğuladılar.

Keçidlər