Beyləqanda "Gənclərin hərbi xidmətə yola salınması və hərbi xidmətdən təxris olunanların qarşılanması" münasibətilə tədbir keçirildi.
24 aprel 2018-ci il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində Beyləqan rayon İcra hakimiyyətinin və Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin birgə təşkilatçılığı ilə "Gənclərin hərbi xidmətə yola salınması və hərbi xidmətdən təxris olunanların qarşılanması" ilə əlaqədar tədbir keçirildi.
Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət edildi, abidə önünə gül-çiçək qoyuldu.Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı.
İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı həyata keçirilən tədbirlər barədə və dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışdı.Eyni zamanda vətənpərvərliyin təbliği ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarının üzərinə düşən vəzifələri qeyd edərək təbliğatın böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Çıxış edən Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Şirvan Xasıyev Gənclərin hərbi xidmətə yola salınması və hərbi xidmətdən təxris olunanların qarşılanmasının yüksək səviyyədə təşkil olunmasının ənənəyə çevrildiyini bildirdi,qeyd etdi ki,bu kimi tədbirlər ruh yüksəkliyi ilə həyata keçirilir.Çıxış edən Gənclər bu gün Gənclərin vətənpərvər ruhda böyüdüklərini , hərbi xidmətin yüksək şəraitdə həyata keçirildiyini, Azərbaycan Ordusunun yenilməz ordu olduğunu qeyd etdilər.Tədbirin sonunda hərbi xidmətdən təxris olunan bir qrup hədiyyə təqdim olundu.