Şriftin ölçüsü :

Saytın rəngi :

“27 Sentyabr - Anım Günü” ərəfəsində rayonun bir sıra yaşayış məntəqələrində şəhid məzarları ziyarət edilib.

24 sentyabr 2024 | 10:03
27 Sentyabr - Anım Günü ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon polis şöbəsinin rəisi Ceyhun Qurbanov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri rayonun Birinci Şahsevən, İkinci Şahsevən, Aşağı Çəmənli, Kəbirli, Qaradağlı, Dünyamalılar kəndlərində, Qəhrəmanlı və Milabad qəsəbələrində şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini ehtiramla yad ediblər.
 
RİH başçısı Əziz Əzizov müqəddəs amal uğrunda şəhid olaraq əbədiyyətə qovuşan şəhidlərimizə Allahdan rəhmət diləmiş və təsəllimizin şəhidlərimizin qisasının alınması, parlaq qələbə ilə Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulamışdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, şanlı Ordumuzun gücü sayəsində qazandığımız böyük Zəfərin əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimizin fədakarlığından danışan RİH başçısı eləcə də Qələbədən sonra Qarabağda geniş vüsət alan bərpa-quruculuq işləri və Böyük Qayıdışdan söz da açıb. RİH başçısı bildirib ki, Qarabağın qısa müddət ərzində dirçəlməsi Azərbaycanın öz doğma diyarına göstərdiyi diqqətin təzahürüdür. Azərbaycan bu gün bizə yaşadan mübariz oğul və qızlarının igidliyini yüksək qiymətləndirir deyən Əziz Əzizov, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyini, daima xatirəsini uca tutulduğunu qeyd edib.
 
Rayon rəhbəri şəhid ailələrini və yaxınlarını sentyabrın 27-də Ziyarətgahda-Şəhidlər Xiyabanında anım günü münasibəti ilə keçiriləcək tədbirə dəvət edib.
 
Şəhid ailələri qəhrəman övladları ilə fəxr etdiklərini bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
 
Qeyd edək ki, şəhid məzarlarının ziyarəti davam edir.
Keçidlər