Şriftin ölçüsü :

Saytın rəngi :

“27 Sentyabr - Anım Günü” ərəfəsində rayonun Bünyadlı, Qaralılar və İmamverdili kəndlərində şəhid məzarları ziyarət edilib.

24 sentyabr 2024 | 12:36
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyaraq xatirələrini ehtiramla yad ediblər. 
 
Ziyarətlərdə hər bir şəhid ailəsi ilə görüşən RİH başçısı Əziz Əzizov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıb, Azərbaycan Ordusunun qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdiyini və torpaqlarımızı mənfur düşməndən azad etdiyini bildirib. Şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verən rayon rəhbəri Qələbəni bizə bəxş edən vətən övladlarının xatirələrinin daim əziz tutulacağını və yaddaşlardan heç vaxt silinməyəcəyini diqqətə çatdırıb.
 
Əziz Əzizov şəhid ailələrini və yaxınlarını sentyabrın 27-də Ziyarətgahda-Şəhidlər Xiyabanında anım günü münasibəti ilə keçiriləcək tədbirə dəvət edib.
Keçidlər