“27 Sentyabr - Anım Günü” ərəfəsində rayonun Əhmədli, Əmirzeyidli, Aşıqalılar kəndlərinin və Yeni Mil qəsəbəsi şəhidlərinin məzarları ziyarət edilib.
24 sentyabr 2024 | 14:19
Ziyarət zamanı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri şəhidlərimizin xatirələrini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzərək ruhlarına dualar oxuyublar.
Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını və unudulmayacağını bildirən RİH başçısı Əziz Əzizov Şəhidlərin doğmalarına səbr diləyib. O, qeyd edib ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən şəhidlərimizin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Rayon rəhbəri şəhid ailələrini və yaxınlarını sentyabrın 27-də Ziyarətgahda-Şəhidlər Xiyabanında anım günü münasibəti ilə keçiriləcək tədbirə dəvət edib.
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.