“27 Sentyabr - Anım Günü” ərəfəsində rayonun Təzəkənd, Tatalılar, Eyvazallar, Yuxarı Kəbirli kəndlərinin və Örənqala qəsəbə şəhidlərinin məzarları ziyarət edilib.
24 sentyabr 2024 | 09:32
Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidlərin yaxınları iştirak ediblər.
Ziyarət zamanı şəhidlərin məzarı ziyarət edilərək xatirələri ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunulub.
RİH başçısı Əziz Əzizov şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verib və bildirib ki, bu gün Azərbaycanın suverenliyi, Qarabağın azadlığı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti, həmçinin rəşadətli ordumuzun peşəkarlığı nəticəsində mümkün olub. Ə.Əzizov vurğulayıb ki, vətən yolunda canlarını fəda edən şəhidlərimiz heç vaxt unudulmayacaq, gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olacaq.
Rayon rəhbəri şəhid ailələrini və yaxınlarını sentyabrın 27-də Ziyarətgahda-Şəhidlər Xiyabanında anım günü münasibəti ilə keçiriləcək tədbirə dəvət edib.