27 Sentyabr-Anım Günü ərəfəsində şəhidlərimizin məzarları ziyarət olunub.
23 sentyabr 2025 | 17:17
Bu il Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biri olan Vətən Müharibəsinin başlanmasından 5 il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın birliyi, Ordumuzun rəşadəti və igid övladlarımızın canı-qanı bahasına qazanılan bu Qələbə dövlətimizin müstəqilliyini və ərazi bütövlüyünü əbədi olaraq təmin etdi. Bu gün həmin möhtəşəm Zəfərin 5-ci ildönümünü yaşayırıq. 27 Sentyabr–Anım Günü isə həm qəhrəman şəhidlərimizin əziz xatirəsinin ucaldıldığı, həm də onların göstərdikləri şücaətin böyük minnətdarlıqla yad edildiyi unudulmaz bir gündür.
Beyləqan Vətən Müharibəsində ən çox şəhid verən rayonlardan biridir. Bu, həm rayonumuzun igid övladlarının Vətənə sədaqətinin, həm də torpaqlarımızın azadlığı uğrunda canından keçməkdən çəkinməyən qəhrəmanlığının bariz nümunəsidir. Şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, onların qəhrəmanlığı hər zaman minnətdarlıqla yad olunur. Beyləqanda da bu diqqət və ehtiram xüsusi olaraq hiss olunur, şəhidlərimizin xatirəsinə ehtiram və ailələrinə qayğı göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bunun bir göstəricisi olaraq Anım Günü ərəfəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və RİH başçısı aparatının əməkdaşları ilə birlikdə rayonun Əhmədli, Aşıqalılar, Aşağı Çəmənli və İkinci Şahsevən kəndindən olan şəhidlərin məzarlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülərək onların xatirəsinə dərin ehtiram ifadə olunub.
Şəhidlərimizin qəhrəmanlığı və əziz xatirəsi daim uca tutulacaq, onların igidlik yolu gələcək nəsillər üçün əbədi örnək olaraq yaşayacaq.
Qeyd edək ki, şəhid məzarlarının ziyarəti davam edir.







