Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ilə əlaqədar Beyləqan rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

27 sentyabr 2026 | 13:17
Anım Günü münasibətilə Cərciz Peyğəmbər Ziyarətgahında yerləşən Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət olunub. Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və nümayəndələri, ağsaqqallar, şəhid ailələri, qazilər və veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Ziyarət zamanı şəhidlərin müqəddəs ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyularaq onların əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilib.
 
Anım mərasimindən sonra şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb.
Keçidlər