Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

26 sentyabr 2025 | 11:07
27 Sentyabr – Anım Günü münasibətilə müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq Beyləqan-Daşburun magistral yolunun sağ və sol hissələrində ağacəkmə aksiyası təşkil olunub.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, İcra Hakimiyyəti başçısının müavinləri və aparat əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, şəhid ailələri iştirak ediblər.
 
Aksiya çərçivəsində 300 ədəd sərv ağacı tingi əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
 
Şəhidlərimizin əziz xatirəsinə salınmış bu yaşıllıq xiyabanı gələcək nəsillər üçün həm vətənpərvərlik rəmzi, həm də unudulmaz xatirə məkanı kimi əbədi qalacaq.
Keçidlər