Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

27 sentyabr 2026 | 09:07
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Beyləqan-Daşburun magistral yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, İcra Hakimiyyəti başçısının müavinləri və aparat əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Aksiya zamanı magistral yolun sağ və sol hissələrində 500 ədəd iqlim şəraitinə uyğun ağac tingləri əkilib, ərazidə abadlıq işləri aparılıb və əkilən ağaclara ilkin aqrotexniki qulluq göstərilib.
 
Keçirilən aksiya şəhidlərimizin xatirəsinin daim uca tutulmasının, onların adlarının və əziz xatirələrinin gələcək nəsillərə çatdırılmasının daha bir nümunəsi olub.
Keçidlər