Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Azərbaycanda Anım Günüdür.

27 sentyabr 2023 | 17:58
27 sentyabr-Anım günündə rəsmi tədbir Beyləqan şəhərində şəhidlərin xatirəsinə ucaldılan abidənin qarşısında keçirildi.
Mərasimində rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə dövlət himni səslənib. Ehtiram əlaməti olaraq Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Giriş nitqi ilə çıxış edən rayon icra başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən savaşında şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizləndiyini və ərazi bütövlüyümüzün bərpa edildiyini qeyd etdi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğı ilə yanaşdıqlarını vurğulayan icra başçısı, 27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunmasını bu diqqət və qayğının daha bir təzahürü olduğunu söyləyib.
Şəhid ailələri adından şəhid yoldaşı Aytəkin Əliyeva çıxış edərək şəhidlərin qısa, lakin şərəfli həyat yolundan, onların Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açıb.
Vətən Müharibəsi iştirakçıları və qazilər adından Qazi Asim Əliyev çıxış edərək qəhrəmanlarımızın igidliyindən, onların Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uzun müddətdir işğal altında olan Qarabağ torpaqlarını bir an belə geri çəkilmədən şücaətlə erməni tapdağından xilas etməsindən bəhs etmişdir.
Rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov bildirib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq.
Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş vətənpərvərlik ruhunda şeir səsləndirildikdən sonra şəhid abidələrinin önünə tər gül dəstələri qoyulub, onların ruhu ehtiramla anılıb.
Sonda isə Ziyarətgahda şəhid abidələri ziyarət olunub.
Keçidlər