Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin Kəbirlidə vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbul 25 aprel 2018-ci il tarixdə Beyləqan rayon Kəbirli kəndində keçirildi.Görüşdə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri,rayonun aidyyəti idarə müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etdi.Kənd sakinlərini salamlayan İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev yerlərdə görüş keçirməklə sakinlərin problemlərinin yerindəcə həllini tapmaq sahəsində uğurlu nəticələrə səbəb olduğunu qeyd edərək bunun ənənəyə çevrildiyini vurğuladı.Gəlişimizdə əsas məqsəd sizin problemlərlə yerində tanış olmaq və həlli istiqamətində addım atmaqdır deyən Vaqif Abdullayev Kəbirli camaatının zəhmətkeş olduğunu qeyd etdi və vətəndaşlardan öz problemlərini səsləndirməyi xahis etdi. Kəbirli kənd İcra nümayəndəsi öz çıxışında qeyd etdi ki, Kəbirli və Xaçınabad yaşayış məntəqlərini əhatə etməklə 2753,8 ha əraziyə malikdir.Əhali sayı 5218 nəfərdir , bunlardan da 288 nəfər Xaçınabad sakinləridir.Eyni zamanda Kənd ərazisində Laçın ,Ağdam,Füzuli və Xocavənd rayonlarından 19 ailə olmaqla 72 nəfər məcburi köçkün ailəsi məskunlaşıb.Ərazidə üç məktəb ,Tibb məntəqəsi,Mədəniyyət evi, Kitabxana, Poçt , Telefon stansiyası və Sudan İstifadə edən Birlik fəaliyyət göstərir.Cari təsərrüfat ilində kənd ərazisində 425 ha pambıq və 38 ha şəkər çuğunduru becərilməsi nəzərdə tutulub. Çıxış edən vətəndaşlar Kəbirli və Xaçınabadda sakinlərinin qaz və işıqla təminatı fasiləsiz olaraq yerinə yetirildiyini , içməli suyla bağlı problem olmadığını , Əhalinin əsas məşğuliyyəti təsərrüffatla bağlı olduğuna görə ərazidə əsas problem suvarma suyu və dren-kollektorlarin lildən təmizlənməsi olduğunu qeyd etdilər. Bu istiqmətdə də İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev aidiyyəti təşkilatlara öz tapşırıq və tövsiyyələrini verdi.Bütün kənd əhalisi adından kəndin ağsaqqalı Adil Əliyev bu günki sabitliyə və inkişafa görə Ölkə Prezidenti İlham Əliyevə təşəkkür etdi. Vətəndaşlara göstərilən diqqət və qayğıya görə sakinlər Ölkə prezidentinə və rayon rəhbərliyinə minnətdarlıq bildirdilər.