27.08.2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
27 avqust 2025 | 12:28
Beyləqan Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və operativ həlli məqsədilə Beyləqan RİH başçısı Əziz Əzizov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən vətəndaşların müxtəlif sahələr üzrə müraciətləri dinlənilib, qaldırılan problemlərin aradan qaldırılması üçün müvafiq göstəriş və tapşırıqlar verilib. Qeyd olunub ki, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq vətəndaşların sosial rifahının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması icra hakimiyyətinin daim diqqət mərkəzində saxlanılır.
Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







