1941-1945-ci illər Faşizim üzərində Qələbənin 73-cü ildönmü ilə bağlı tədbirlər keçrilmişdir.
1941-1945-ci illər Faşizim üzərində Qələbənin 73-cü ildönmü ilə bağlı tədbirlər keçrilmişdir.
9 may 2018-ci il tarixində rayonun Birinci Şahsevən kəndində Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyində və İkinci Şahsevən kəndində 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü önündə 1941-1945-ci illər Faşizim üzərində Qələbənin 73-cü ildönmünə həsr olunmuş bayram tədbirləri keçirilmişdir.
Tədbirlərdə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə və əmək vetranları, idarə və təşkilat rəhbərləri, müəllim və şagirdlər, ictimaət nümayəndələri, ümumilikdə 1500 nəfərdən çox insan iştirak etmişdir.
Tədbir iştirakçıları hər iki qəhrəmanın abidələrini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
Keçirilmiş tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxış edərək 9 may Qələbə günü münasibəti ilə müharibə vetranlarını və ictimaət nümayəndələrini təbrik etmiş, Faşizim üzərində Qələbənin mahiyyətindən, həmin Qələbədə azərbaycanlıların rolu barədə geniş məlumat vermişdir.
İkinci dünya müharibəsində Sovet Ordusunun təırkibində azərbaycanlılardan ibarət xüsusi diviziyaların yaradılması və həmin diviziyaların Berlinə qədər şərəfli döyüş yolu keçməsi, Bakı neftinin müharibədə çox əhəmiyyətli rolunu xüsusi vurğulamışdır.
Daha sonra tədbirdə Korpus komandiri genral- mayor Mayis Bərxudarov, rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova, müharibə vetranları təşkilatının sədri Ələddin Əmrahov və başqaları çıxış edərək qələbə münasibəti ilə vetranları təbrik etmişlər.
Tədbirin sonunda rayon məktəbliləri və mədəniyyət kollektivi tədbir iştirakçıları qarşısında ədəbi-bədii konpazisiya ilə çıxış etmişlər.