Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr edilmiş tədbir keçrilmişdir.

10 may 2018 | 16:00

          Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr edilmiş tədbir keçrilmişdir.

         Beyləqan rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıları öncə Heydər Əliyevin əzəmətli heykəli qarşısına gül dəstələri qoydular.
Sonra Heydər Əliyev adına parkda kitab  və məktəblilərin əl işlərindən ibarət sərgi  keçirilmişdir. Parkın girişində ulu öndərin “Biz hamımız təhsilimizi, elimimizi kitablardan almışıq. Ona görə də hamımız kitablara borcluyuq” kəlamı asılmışdır. Tədbirdə Mərkəzi kitabxana sisteminin sərgilədiyi kitablarla tanış olunmuş, Vətənə və dahi rəhbərə həsr olunmuş şerlər və mahnılar səslənmişdir.
        Heydər Əliyev mərkəzində yerləşən salonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr edilmiş elmi nəzəri konfrans keçirilmişdir.Beyləqan rayon İcra Hakimiyyətinin başçısı  Vaqif Abdullayev konfransda geniş məruzə ilə çıxış edərək bildirdi ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlayaraq, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır. 
       Natiq Beyləqan rayonunun dirçəlişinin də Ulu öndərin adı ilə bağlı olduğundan da ətraflı danışdı. Dedi ki,  Heydər Əliyev 1969-1991-ci illərdə Beyləqana 3 dəfə, müstəqillik dövründə isə 2 dəfə tarixi səfəri olmuşdur. Ulu öndərin məqsədyönlü siyasəti nəticəsində  işğal təhlükəsi ilə üzləşən Beyləqan rayonu bu təhlükədən azad olaraq çiçəklənən bir diyara çevrilmişdir. 
       Məruzəçi qeyd etdi ki,  Prezidentimiz  cənab İlham Əliyev Azərbaycan xalqının yekdil iradəsi ilə hakimiyyətə gəldiyi andan ümummilli liderimiz Heydər Əliyevin kursunu öz siyasi kursu elan etmiş və bu kurs hazırda uğurla davam etdirilir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük inkişaf  yolundadır.
      Tədbirin sonunda  Ulu öndərin keçdiyi şərəfli həyat yoluna həsr olunmuş vidio-çarx nümayiş etdirildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər