Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda "Su Təsərrüfatı və Meliorasiya işçilərinin günü"nə həsr olunan tədbir keçirildi.

05 iyun 2018 | 16:00

05 iyun 2018-ci il tarixdə Beyləqan rayon Gənclər Mərkəzində "Su təsərrüfatı və Meliorasiya İşçilərinin günü"münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları Respublikamızda Meliorasiya və Su Təsərrüfatının inkişafında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər,abidəsi önünə gül-çiçək qoydular.
Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev iştirakçıları təbrik edərək, Meliorasiya və Su Təsərrüfatının inkişafında iri layihələrin həyata keçirilməsindən və dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışdı.Rayon rəhbəri qeyd etdi ki,Meliorasiya və Su təsərrüfatı işçilərinə diqqət və qayğının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoylmuşdur və Aqrar sahənin inkişafında, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında, Ərzaq təhlükəziliyinin təmin olunmasında Meliorasiya və Su Təsərrüfatı işçilərinin böyük əməyi vardır.Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 iyun 2018-ci il tarixli Sərəncamı ilə bir qrup Su Təsərrüfatı və Meliorasiya işçilərinə fəxri ad vermiş və onları orden və medalla mükafatlandırmışdır.Sevindirici haldır ki, onlar arasında Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Kərimov Azim Camal oğlu da "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Çıxış edənlər Ölkə başçısına minnətdarlıqlarını bildirərək daha da əzmlə çalışacaqlarını qeyd etdilər.

 

 

 

Keçidlər