28 May – Müstəqillik Günü münasibətilə Beyləqan rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
26 may 2026 | 17:11
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti dövlət qurumlarının rəhbər və kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib.
Ziyarət zamanı Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi tarixi yol, milli dövlətçilik ənənələri və istiqlal ideyalarının əhəmiyyəti bir daha xatırlanıb.
Qeyd edək ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız öz müstəqilliyini bəyan edərək Şərqdə və müsəlman dünyasında ilk demokratik parlamentli respublikanı yaradıb. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə dövlət quruculuğu istiqamətində mühüm addımlar ataraq milli dövlətçilik tariximizdə silinməz iz qoyub.
28 May – Müstəqillik Günü xalqımızın azadlıq, istiqlal və müstəqil dövlətçilik ənənələrinin təntənəsini ifadə edən əlamətdar tarix olmaqla, Azərbaycan xalqının zəngin dövlətçilik irsinin və müstəqillik ideallarının rəmzi kimi böyük qürur hissi ilə qeyd olunur.







