Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda VIII Beynəlxalq Şairlər Günü qeyd edildi.

07 iyun 2018 | 16:00

07 iyun 2018-ci il tarixdə Beyləqan rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin təşkilatçılığı ilə Beyləqanda VIII Beynəlxalq Şairlər Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdulayev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayev, İLESAM-ın genal başqanı Mehmet Nuri Parmaksız, AYB-nin Mətbuat xidmətinin katibi, şair Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin Qubadlı Bölməsinin sədri Namiq Məna, Beyləqanda yazıb yaradan şair və yazıçılar, ziyalılar, yaxın rayonlardan qonaqlar, mətbuat işçiləri iştirak etmişlər.
VIII Beynəlxalq Şairlər Günü münasibətilə keçirilən növbəti tədbir XII əsrin klassik şairi Mücirəddin Beyləqani və XIX əsrin sonu, XX əsrin əvvəllərində yazıb yaratmış Özbək-Türküstan şairi Abdulhamid Süleyman Çolpan yaradıcılığına həsr olunmuşdur.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdulayev qonaqları, bütün beyləqanlılar adından, şəxsən öz adından salamladı. Qeyd etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev həmişə yaradıcı insanların yanında olub, onlara diqqət və qayğı göstərmişdir. Bu gün də möhtərəm prezidentimiz cənab İlham Əliyev yaradıcı insanların yanındadır, bu diqqət və qayğını yaradıcı insanlara göstərir.Cənab Vaqif Abdullayev AYB sədri, xalq yazıçısı Anar Rzayevin Beyləqana gəlişini tarixi hadisə adlandırdı və VIII Beynəlxalq Şairlər Gününə həsr olunmuş tədbirin keçirilməsinə uğurlar arzuladı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Beyləqanda keçirilən VIII Beynəlxalq Şairlər Gününə həsr olunmuş tədbirin Beyləqanda keçirilməsindən xoşbəxt olduğunu vurğuladı. Qeyd etdi ki, may-iyun aylarından ölkəmizdə Türk dünyasının şairlərinin iştirakı ilə belə bir möhtəşəm tədbir keçirilir. Belə tədbirlərin keçirilməsi Azərbaycan ədəbiyyatını bütün Türk dünyasına təbliğ edir. Mücirəddin Beyləqaninin vətənində belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən söz açdı. Mücirəddin Beyləqaninin XII əsr klassik şairləri ilə bir zirvədə olmasından danışdı və böyük şairin vətənində bu gün iyirmiyə yaxın Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu bildirdi.Anar Rzayev çıxışında AYB-nin Beyləqan Bölməsinin işlərinin yaxşı getməsində Beyləqan rayon İcra Hakimiyyətinin onlara göstərdiyi diqqəti xüsusi olaraq vurğuladı. Çıxışının sonunda tədbirin yüksək səviyyədə keçirilməsinə şərait yaratdığına görə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə təşəkkürünü bildirdi.

Keçidlər