28.06.2022-ci il tarixdə rayonun Birinci Şahsevən kəndində səyyar qəbul-görüş keçirildi.
28 iyun 2022 | 17:37
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 28 iyun 2022-ci il tarixdə rayonun Birinci Şahsevən kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sozü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Birinci Şahsevən kəndindən olan hərbçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakini Baxşəliyev Gürşad Dostəli oğlu Birinci Şahsevən kəndinə içməli suyun verilməsi barədə müvafiq tədbirlərin görülməsi, Hüseynova Şəhla Bulud qızı, Ailə vəziyyəti nəzərə alınaraq maddi yardım olunması barədə, Mirişov Raqub Yediyar oğlu Sosial yardımdan yararlanmaq üçün müvafiq köməklik olunması barədə, Əliyev Kərəm Pənah oğlu Birinci Şahsevən kəndində taxıl biçinin sürətləndirilməsi məqsədilə taxılbiçən maşının verilməsi barədə, Əliyev Mahir Aqil oğlu Şəhidlər abidə kompleksinin inşası üçün yer ayrılması barədə xahiş etdi, Abbasova Elza Məhəmməd qızı Ailə vəziyyəti nəzərə alınaraq evinin cari təmiri üçün maddi yardım olunması barədə, Baxşəliyev Elgün Habil oğlu, Torpaq sahəsinin ayrılması və sənədləşdirilməsi barədə müvafiq köməklik olunmasını istədi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Birinci Şahsevən kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.