Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin İkinci Şahsevən kəndində vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

12 iyun 2018 | 16:00

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbul 12 iyun 2018-ci il tarixdə Beyləqan rayon İkinci Şahsevən kəndində keçirildi.Görüşdə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri,rayonun aidyyəti idarə müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etdi.Kənd sakinlərini salamlayan İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev yerlərdə görüş keçirməklə sakinlərin problemlərinin yerindəcə həllini tapmaq sahəsində uğurlu nəticələrə səbəb olduğunu qeyd edərək bunun ənənəyə çevrildiyini vurğuladı.Gəlişimizdə əsas məqsəd sizin problemlərlə yerində tanış olmaq və həlli istiqamətində addım atmaqdır deyən Vaqif Abdullayev İkinci Şahsevən camaatının zəhmətkeş olduğunu qeyd etdi və vətəndaşlardan öz problemlərini səsləndirməyi xahis etdi. Ikinci şahsevən kənd İcra nümayəndəsi öz çıxışında qeyd etdi ki, İkinci Şahsevən kəndi yaşayış məntəqlərini əhatə etməklə 3120 ha əraziyə malikdir.Əhali sayı 3292 nəfərdir.Eyni zamanda kənd ərazisində Füzuli və Cəbrayıl rayonlarından 36 ailə olmaqla 122 nəfər məcburi köçkün ailəsi məskunlaşıb.Ərazidə bir məktəb ,Tibb məntəqəsi,Mədəniyyət evi,Uşaq bağçası, Kitabxana, Poçt , Telefon stansiyası və Sudan İstifadə edən Birlik fəaliyyət göstərir.Cari təsərrüfat ilində kənd ərazisində 204 ha sahədə pambıq səpini edilib və fermerlər yüksək məhsuldarlıq gözləyirlər. Çıxış edən vətəndaşlar İkinci Şahsevən sakinlərinin qaz və işıqla təminatı fasiləsiz olaraq yerinə yetirildiyini ,ciddi probblemlərin olmadığını qeyd etdilər.Əsasən əhalinin içməli su təminatında problem olduğunu qeyd edən bələdiyyə sədri bu istiqamətdə də növbəti ildə dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihə əsasında vətəndaşların işməli su ilə təmin olunması nəzərdə tutulduğunu qeyd etdi.
Bütün kənd əhalisi adından kəndin ağsaqqalı Qara Abbasov bu günki sabitliyə və inkişafa görə Ölkə Prezidenti İlham Əliyevə təşəkkür etdi. Vətəndaşlara göstərilən diqqət və qayğıya görə sakinlər Ölkə prezidentinə və rayon rəhbərliyinə minnətdarlıq bildirdilər.

 

Keçidlər