Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev Fermer və sahibkarlarla iclas keçirdi.

19 iyun 2018 | 16:00

19 iyun 2018 -ci il tarixdə Beyləqan rayon İcra hakimiyyətində Fermer və sahibkarlarla İclas keçirildi.İclasda pambıqla məşğul olan fermer və sahibkarlar,icra nümayəndələri,bələdiyyələr,Rayonda fəaliyyət göstərən Pambıqtəmizləmə zavodunun əməkdaşları,aqronomlar iştirak etdilər.İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev Saatlı,Tərtər və İmişli rayonlarında pambıqçılarının zəhərlənməsi ilə bağlı hadisəyə münasibət bildirərək qeyd etdi ki,Pambıq bitkisinin becərilməsində istifadə edilən dərman pereparatlatıyla ehtiyatlı davranmalı, qaydalara düzgün riayət edilməli və belə hadisənin rayonumuzda baş verməməsi üçün diqqətli olmaq lazımdır deyə qeyd etdi və Fermerlərə “Formula -super-5ED Eldar Səlim” dərmanından istifadə edilməməsini tapşırıq verdi.İnsanların məşğuıluğunun təmin edilməsində Pambıqçılığın əhəmiyyət kəsb etdiyini qeyd edərək dedi ki,İnsanlar arasında maarifləndirmə tədbirləri aparılmalı və onlara öz sağlamlıqlarının qeydinə qalmaq,pambıq sahəsində hərhasnı bir xoşagəlmız qoxu və ya hansısa bir narahat edici hal yarandıqda dərhal fermerlərlə əlaqə saxlamağın vacibliyini aşılamaq lazım olduğunu vurğuladı.Çıxış edənlər Rayonumuzda belə halın baş verməməsi üçün bütün göstərişlərə əməl ediləcəyini söylədilər və qeyd etdilər ki Sahələrdə pambıq becərilməsiylə
məşğul olan briqadalarla mütəmadi əlaqə saxlayaraq hər gün vəziyyəti diqqətdə saxlayacaqlarını qeyd etdilər.

Keçidlər