Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin Mil qəsəbəsində vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

27 iyun 2018 | 16:00

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbul 27 iyul 2018-ci il tarixdə Beyləqan rayon Mil qəsəbəsində keçirildi.Görüşdə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri,rayonun aidyyəti idarə müəssisə və təşkilat rəhbərləri,qəsəbə sakinləri iştirak etdi. İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev qeyd etdi ki, gəlişimizdə əsas məqsəd sizin problemlərlə yerində tanış olmaq və həlli istiqamətində addım atmaqdır. Mil qəsəbə İcra nümayəndəsi Rasim Mehdiyev məlumat qəsəbə haqqında məlumt verdi. Mİl qəsəbəsi yaşayış məntəqlərini əhatə etməklə 1610 ha əraziyə malikdir.Əhali 497 təsərrüfat olmaqla 2495 nəfərdir.Eyni zamanda kənd ərazisində Füzuli və Cəbrayıl rayonlarından 36 ailə olmaqla 122 nəfər məcburi köçkün ailəsi məskunlaşıb.Ərazidə bir məktəb ,Tibb məntəqəsi,Klub,2 Uşaq bağçası, Kitabxana, Poçt , Telefon stansiyası və Sudan İstifadə edən Birlik fəaliyyət göstərir.Cari təsərrüfat ilində kənd ərazisində 180 ha sahədə pambıq səpini edilib və fermerlər yüksək məhsuldarlıq gözləyirlər. Çıxış edən vətəndaşlar Mil qəsəbə sakinlərinin qaz və işıqla təminatı fasiləsiz olaraq yerinə yetirildiyini ,ciddi probblemlərin olmadığını qeyd etdilər.Əsasən əhalinin içməli su təminatında problem olduğunu qeyd edən bələdiyyə sədri və Su kanal idarəsi bu istiqamətdə cari ildə dövlət tərəfindən həyata keçiriləcək layihə əsasında qəsəbədə bulaqların qoyulmasının və bunun nəticəsində də vətəndaşların işməli su ilə təmin olunması nəzərdə tutulduğunu qeyd etdi.
Qəsəbə sakini ağsaqqal Nəsib Əliyev bu günki sabitliyə və inkişafa görə Ölkə Prezidenti İlham Əliyevə təşəkkür etdi,qəsəbədə suvarma suyunda problemin olduğunu qeyd etdi.İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev problemin həlli istiqamətində müvafiq tapşırıq verdi. Vətəndaşlara göstərilən diqqət və qayğıya görə sakinlər Ölkə prezidentinə və rayon rəhbərliyinə minnətdarlıq bildirdilər.

 

 

Keçidlər