29 aprel 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib.
29 aprel 2026 | 13:05
29 aprel 2026-cı il tarixdə keçirilən qəbul zamanı rayon rəhbəri müavinlərinin, şöbə və sektor müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Sakinlərin səsləndirdikləri müraciətlərə dair mövcud qanunvericiliyin tələbləri diqqətə çatdırılıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan məsələlərin operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







