29 sentyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Mərkəzi Rayon Xəstəxanasında 19 sentyabrda olan lokal xarakterli antiterror əməliyyatı zamanı yaralanan hərbçilərə baş çəkmişdir.
02 oktyabr 2023 | 14:51
Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Ağayev yaralı hərbçilərimizin sağlamlığı və problemləri ilə yaxından maraqlanmışdır.
Hərbçilər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişdir.
Rəhbərlik həmçinin xəstəxanada görülmüş işlərlə tanış olmuşdur.