2 FEVRAL GƏNCLƏR GÜNÜ QEYD EDİLDİ
2 fevral 2013-cü il tarixdə Beyləqan rayon Gənclər və İdman İdarəsi (Gİİ), Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyi ilə birgə “Gənclər Günü” münasibəti ilə bayram şənliyi keçirmişdir.
Beyləqan rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev gənclərə göstərilən diqqət və qayğıdan danışaraq, bildirdi ki, əsası ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.S.Quliyev rayon gənclərini 2 fevral Gənclər günü münasibəti ilə və BGMSİİB rayonumuzda fəaliyyət göstərməsinin beşinci ildönümü ilə əlaqədar təbrik etdi.Sonra BGMSİİB-nin sədri Zaur Quliyev, rayon İcra hakimiyyətinin nümayəndəsi Nicat Əliyev, Azərbaycan Yazıçılar birliyinin üzvləri Elman İsrafiloğlu, Asif Cəfərli və başqaları çıxış edərək gənclərin rayonumuzun və eləcə də ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutmalarından, yüksək vətənpərvərlik göstərmələrindən söz açdılar.
Bayram şənliyində rayon Gİİ və BGMSİİB tərəfindən rayonumuzun ictimai siyasi həyatında fəallıq göstərən bir qrup gənclərə diplom və qiymətli hədiyyələr təqdim olundu.
Bayram şənliyini Niyazi adına 7 nömrəli musiqi məktəbinin kollektivi rəngarəng musiqi proqramı ilə daha da rövqləndirdi.