Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda qanvermə akisyası keçirildi.

31 avqust 2018 | 16:00

31 Avqust 2018-ci il tarixdə Beyləqan rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutunun birgə təşkilatçılığı ilə rayon Mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirildi.
Aksiyada rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Aksiyada 85 nəfər könüllü olaraq qan verdi.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Keçidlər