Beyləqan rayonunda Pambıqçılığa dair müşavirə keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 26 mart 2018-ci il tarixində Bərdə rayonunda keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair Respublika Müşavirəsi”ndə verilmiş tapşırıqlarn icrası ilə bağlı Sentyabrın 4-də Beyləqan rayon Heydər Əliyev mərkəzində müşavirə keçirildi.
Müşavirədə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov, Bitki sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov, Respublika Bitki Mühafizə mərkəzinin rəisi Damət Sultanov, Aqrolizinq ASC-nin şöbə müdiri İsrafil İsmayılov , Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitunun direktor əvəzi Azad İbrahimov, “MKT İK”MMC-nin, “Pambıq Agro” MMC-nin nümayəndləri, rayonun pambıq təsərrüfatıyla məşğul olan fermer və sahibkarlar iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi və önünə gül-çiçək qoyuldu.
Müşavirəni açıq elan edən İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev qonaqları salamladı və keçirilən müşavirənin əhəmiyyətindən danışdı: Kənd təsəsrrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət kəsb edir.Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanada pambıqçılığa böyük diqqət yetirilirdi və hətta o vaxtlar əkin sahələrinin 20 faizindən çoxu pambıqçılığa ayrılırdı.Lakin son dövrlərdə pambıqçılıqla məşğul olan şirkətlərin bu sahəyə lazimi həcmdə sərmayə qoymaması Azərbaycanda pambıqçılğı tədricən tənəzzülə uğratdı. Artıq 2015-ci ilin sonlarından etibarən dövlət səviyyəsində bu məsələ ilə ciddi məşğul olunmağa başlanıldı. 2016-2018-ci illərdə müvafiq olaraq Sabirabad, Saatlı və Bərdə kimi iri pambıqçılıq rayonlarında ölkə rəhbəri cənab İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına həsr olunmuş Respublika müşavirələri keçirildi. Həmçinin 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi.Bir sözlə, bu işlə planlı şəkildə maşğul olunmağa başlanıldı və iki il ərzində pambığın tədarükü 35 min tondan 207 min tona çatdırıldı.
Pambıqçılığın ölkə iqtisadiyyatı üçün böyük faydası vardır.Pambıqçılıq ilk növbədə ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu inkişaf etdirir, yerli istehsala təkan verir, əhalinin məşğulluğunu artırır, yeni iş yerləri yaradır.Pambıqçılıq Beyləqan rayonu üçün xarakterik sahədir, gəlirli və əməktutumludur.Son illərdə rayonda pambıqçılıqla məşğul olan insanların sayı kifayət qədər artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 mart 2018-ci il tarixdə Bərdə şəhərində “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verdiyi dəyərli tapşırıq və tövsiyələri, göstərdiyi diqqət və qayğısı ölkəmizin bütün regionlarında olduğu kimi, Beyləqan rayonunda da öz bəhrəsini vermişdir. Belə ki, əhalimizin torpağa olan münasibəti əhəmiyyətli dərəcədə dəyişmiş və bu sahəyə olan marağı daha da artmışdır.Məhz bunun nəticəsidir ki, 2015-ci ildə pambıq btkisinin əkin sahəsi rayon üzrə cəmi 2079 ha olduğu halda, ilbəil əkin sahəsi genişləndirilərək 2016-cı ildə 3958 hektara, 2017-ci ildə 8550 hektara, cari məhsul ilində isə 9560 hektara çatdırılmışdır.Pambıq məhsulu istehsalı müvafiq olaraq illər üzrə 2015-ci ildə 3795 ton, 2016-cı ildə 7871 ton, 2017-ci ildə isə 15727 ton təşkiletmişdir.
2018-ci təsərrüfat ilində pambıqdan yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunmuş, cərgəarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılmış, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və su ilə təmin edilmişdir.Hazırda sahələrdə istehsalçılar tərəfindən məhsul yığımına hazırlıq işləri davam etdirilir, sahələr alaq otlarından bir daha təmizlənir, sahə kənarları hamarlanır və digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.Görülmüş işlər deməyə əsas verir ki, 2018-ci təsərrüfat ilində Beyləqan rayonunda pambıqçılıqdan bol məhsul gözlənilir. Ölkə rəhbərinin Bərdə müşavirəsində pambıqçılığın gələcək inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası Beyləqan rayonunda uğurla yerinə yetirilir.Möhtərəm prezidentimiz cənab İlham Əliyevin müşavirədə yekun nitqində söylədiyi “Azərbaycanda pambıqçılığın inkişafı yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməlidir” fikrini əsas götürərək qarşıya qoyulmuş hədəfə çatmaq üçün hər hektardan yüksək məhsuldarlıq əldə etmək niyyətindəyik.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək “Azərbaycanda Pambıqçılığın inkişafı- hədəflər və perspektivlər” haqqında məlumat verərək qeyd etdi ki, cənab Prezidentin tapşırığı ilə 2022-ci ildə qarşıya qoyulan 500 min ton pambıq istehsalına nail olmaq üçün səmərəli fəaliyyət göstərmək , innovativ inkişaf yolu ilə yüksək məhsuldarlığa nail olmaq hədəfimiz və məqsədimiz olmalıdır.
Bitki sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəsi İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi” haqqında danışaraq vurğuladı ki, son illərin təcrübəsi göstərir ki, pambığın məhsuldarlığının artırılması üsullarından biri də intensiv texnologiyalardan istifadə etməklə aqrotexniki qaydalara düzgün əməl etmək və vaxt itkisinə yol vermədən pambıq məhsulunun səmərli yığımına nail olmaq olar.
Respublika Bitki Mühafizə mərkəzinin rəisi Damət Sultanov, Aqrolizinq ASC-nin şöbə müdiri İsrafil İsmayılov və Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi tədqiqat İnstitunun direktor əvəzi Azad İbrahimov çıxış edərək pambıq bitkisinin becərilməsi mərhələrindən, becərilmə müddətindən başlayaraq məhsulun yığımına qədər olan müddətdə nəzərdə tutulan aqrotexniki qaydalara düzgün və vaxtında əməl etməyin əhəmiyyətindən, əkin üçün seçilən toxumun gələcək məhsuldarlığı müəyyən etməsindən və növbəti il üçün də bu kimi tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışdılar.
Cari təsərrüfat ilində Beyləqan rayonunun pambıqçılarında böyük ruh yüksəkliyi olduğunu və yüksək məhsuldarlıq əldə ediləcəyinə əmin olduğunu söyləyən rayonun fermer və sahibkarlar becərilən pambıq sahələrinin yığıma hazırlanmasından və yığım prosesində ortaya çıxa biləcək problmlər haqqında müzakirələr apardılar , onların sualları cavablandırıldı.