3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Beyləqanda dəstək aksiyası
03 dekabr 2025 | 18:24
Hər il dekabrın 3-də qeyd olunan Beynəlxalq Əlillər Günü həssas kateqoriyadan olan şəxslərə diqqətin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə daha fəal inteqrasiyasının təmin olunması məqsədilə keçirilir.
Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq, Beyləqanda həssas kateqoriyadan olan vətəndaşlara diqqət və qayğı davamlı xarakter daşıyır. Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Belə ki, 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon sakini olan 719 nəfər birinci qrup əlilə bir dəfəlik maddi yardım göstərilib. Həyata keçirilən bu dəstək aksiyası ölkə rəhbərliyinin sosial yönümlü siyasətinə uyğun olaraq həyata keçirilir və humanizm dəyərlərinin təbliği baxımından xüsusi önəm daşıyır.
Həssas kateqoriyadan olan şəxslər ölkədə həyata keçirilən sosial yönümlü siyasətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.







