Şriftin ölçüsü :

Saytın rəngi :

3 noyabr 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Bünyadlı kəndində sakinlərlə səyyar vətəndaş qəbulu keçirib.

03 noyabr 2026 | 17:28
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, eləcə də aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət, rayonda aparılan abadlıq-quruculuq işləri, infrastrukturun yenilənməsi istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
 
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Qaldırılan problemlərin bir qismi ilə bağlı yerində müvafiq izahatlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
 
Sakinlər ölkədə həyata keçirilən vətəndaş yönümlü siyasətə, sosial məsələlərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər