Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda Təhsil işçilərinin Sentyabr konfransı keçirildi

10 sentyabr 2018 | 16:00

10 sentyabr 2018-ci il tarixdə beyləqan rayon Mədəniyyət sarayında rayon Təhsil işçilərinin Sentyabr konfransı keçirildi.Tədbirdə rayon İcra Hakimiyəti başçısının müavini Aytən Mirzəyeva, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Bəylərov, müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak edirdilər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi,Uşaq İnkişaf Gənclər mərkəzinin şagirdlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirildi.Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısının müavini Aytən Mirzəyeva açaraq qonaqları və Təhsil işçilərini Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev adından salamladı və Konfransın işinə uğurlar arzu etdi. Rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova geniş məruzə ilə çıxış edərək ölkəmizdə təhsil sahəsində görülən işlərdən, Beyləqan rayon Təhsil Şöbəsi tərəfindən 2017-2018-cı tədris ilində əldə olunmuş nailiyyətlərdən, eyni zamanda ötən tədris ilində yol verilmiş nöqsanlardan danışdı.
Şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova, Təbiət və Humanitar fənlər liseyinin direktor əvəzi Raisa İsgəndərova rəhbərlik etdikləri məktəblərin fəaliyyəti haqqında danışaraq tətbiq etdikləri yeniliklər və təhsildə uğurlarından danışdılar.Təhsilə göstərilən diqqət və qyağıya görə cənab prezident İİham Əliyevə və rayon rəhbərliyinə təşəkkür etdilər.
Çıxış edən valideyn Nataşa Səfərova öğlu Məhərrəmli Adil Allahverdi oğlunun qazandığı uğurda müəllimlərin rolunun böyük olduğunu qeyd etdi və müəllimlərə təşəkkür etdi.
Ötən dərs ilində rayonda 1 lisey, 45 tam orta, 6 ümumi orta, 2 ibtidai məktəb və 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir.13095 şagirdin təlim-tərbiyəsi ilə 1812 müəllim məşğul olmuşdur.
XI siniflər üzrə 714 nəfər Atestat almışdır.Ümumi təhsili nailiyyətlərlə başa vurduğuna görə Yuxarı Aran kənd tam orta məktəbin məzunu Məhərrəmli Adil Allahverdi oğlu Qızıl, Qəhrəmanlı qəsəbə tam orta məktəbin məzunu Yusublu Mürvət Bəxtiyar oğlu Gümüş medalla təltif olunmuş, Şəhər 1, 2, 3, 4 nömrəli, Şəfəq, Araz , Dünyamalılar 1, Əlinəzərli 1 nömrəli, Mil, Milabad , Yuxarı Aran və Qaradağlı məktəblərindən 17 nəfər məzun isə tam orta təhsil haqqında fərqlənmə attestatı il təhsilini başa vurmuşdur.Ümumilikdə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında rayon üzrə mənimsəmə 59 fazi olmuşdur.
207-2018 ci Tədris ili üzrə Ümumtəhsil məktəblərini bitirən məzunlardan 265 nəfər ali Təhsil müssisələrinə qəbul olmuşdur ki, buda ötən illə müqayisədə 4 faiz artaraq 41 faiz olmuşdur.Eyni zamanda 500 və 600-dən çox nəticə göstərənlər məzunların sayı ötən illə müqayisədə 7 nəfər artaraq 37 nəfər olmuşdur. 25 nəfər 500-dən yuxarı. 12 nəfər isə 600-dən yuxarı bal toplamışdır.
Yuxarı Aran kənd tam orta məktəbin məzunu Məhərrəmli Allahverdi Adil oğlu 685 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmişdir.
Konfransda çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Elxan Bayramov tədbir iştirakçılarını salamladı və Təhsil Nazirliyinin gələcək fəaliyyəti , Cari tədris ilində qarşıda duran vəzifələr, məktəblərdə tədrisin keyfiyyətini daha da yüksəltmək , şagirdlərdə vətənpərvərlik hislərinin aşılanması istiqamətində həyata keçiriləcək layihələrdən söhbət açdı.
Sonda Beyləqan rayon Təhsil işçiləri adından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət oxundu.

Keçidlər