30.07.2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
30 iyul 2025 | 14:05
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, iyulun 30-da Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov müavinlərinin, şöbə müdirlərinin, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təklifləri dinləyib.
Qəbul zamanı şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının və bu kimi həssas kateqoriyadan olan şəxslərin müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda vətəndaşların əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, torpaq məsələləri, məşğulluq, eləcə də digər məsələlərlə bağlı problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







