Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin Birinci Şahsevən kəndində vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbu 12 sentyabr 2018-ci il tarixdə Beyləqan rayon Birinci Şahsevən kəndində keçirildi.Görüşdə İcra hakimiyyəti, rayonun aidiyyəti idarə müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etdi.
Birinci Şahsevən kəndi 9124 nəfərlə olmaqla 4338 ha əraziyə malik rayonun ən böyük kəndidir.Kənddə 144 ailə olmaqla 620 nəfər Füzuli və Cəbrayıl rayonlarının məcburi köçkün ailələri yaşayır. Birinci Şahsevən kəndidnə 3 tam orta məktəb, 1 Xəstəxana, 2 Uşaq bağçası, 1 Mədəniyyət evi, 3 Kitabxana, Poçt, Telefon stansiyası, Subartezian Quyuları İstismarı İdarəsi, Daşburun Dəmiryol İdarəsi, Şahsevən Baytarlıq Məntəqəsi, Sudan istifadə edən Birlik və 2 Pambıqtəmizləmə zavodu yerləşir ki bu da kənd sakinlərinin işlə təmin olunmasında müsbət haldır. Cari təsərrüfat ilində 234 ha pambıq əkilib və fermerler yüksək məhsuldarlıq əldə edəcəklərinə inanırlar. Keçən təsərrüfat ilində kənddə becərilən pambıq sahəəlrindən 25,5 sentner məhsuldarlıq əldə edilib bu il daha yüksək nəticə əldə ediləcək.
İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev vətəndaşları salamladı və gəlişinin məqsədini bildirdirərək Birinci Şahsevən kəndinin rayonun ən böyük kəndi olaraq rayon tarixində özünənməxsus yeri olduğunu qeyd etdi. Bütövlükdə respublikada gedən inkişafdan , rayonda və Birinci Şahsevən kəndində son illərdə görülən işlərdən , qarşıda duran vəzifələrdən danışdı. Sonra vətəndaşları dinlədi.
Kənd sakini Baxşəliyev Ələsgər kənddə enerji, qaz təminatının fasiləsiz olduğunu, kənddə içməli su ilə təminatda müəyyən çətinlik yarandığını və bununla bağlı müvafiq köməkliyin göstərilməsini xahiş etdi. İcra başçısı bildirdi ki, kənddə cənab Prezidentin müvafiq sərəncamı ilə əhalinin içməli su təchizatının yaxşılaşdırılmasıı istiqamətində görülən işlərin nəticəsi olaraq müəyyən edilmiş yerlərdə sakinlərin istifadəsinə bulaqlar verilmişdir. Ərazi böyük olduğundan kəndin müəyyən hissəsinin su ilə təchizatında probelm yaranır bununla bağlı müvafiq quruma müracət olunub və cari ilin sonuna kimi kənndə daha 15 bulaq sakinlərin istifadəsinə veriləcək.
Sakinlər tərəfindən səsləndirilən digər problemlərin həlli istiqamətində İcra başçısı tərəfindən müvafiq tövsiyə və tapşırıqlar verildi.