Şriftin ölçüsü :

Saytın rəngi :

Aşura günü ilə bağlı Beyləqanda könüllü qanvermə aksiyası keçirilmişdir.

20 sentyabr 2018 | 16:00

Mərkəzi Qan Bankının, Beyləqan rayon İcra Hakimiyyətinin və Beyləqan Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə Mərkəzi xəstəxanada qanvermə aksiyası keçirilmişdir.Səhər saatlarından başlayan aksiyada məqsəd hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək etməkdir.

Yerli tibb işçiləri tərəfindən həyata keçirilən aksiya zamanı götürülən qanlar standartlara uyğun yoxlanıldıqdan sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Qanvermə aksiyası gün ərzində davam edəcək.

Keçidlər