Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin Əhmədli kəndində vətəndaşlarla növbəti Səyyar qəbulu - görüş keçirildi.
26 sentyabr 2018-ci il tarixdə Əhmədli kəndində görüş keçirildi. Görüşdə İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev,rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatlar kənd sakinləri iştrak etdilər.
Kəndin ərazisi 2580 ha olmaqla 1746 nəfərdən ibarət 375 təssərrüüfatı əhatə edir. Kənddə 50 ailədə 127 nəfər olmaqla Füzuli rayonundan məcburi köçkün ailələri də yaşayır.Ərazidə Əhmədli ümumi orta məktəbi, Tibb məntəqəsi, Telefon stansiyası və Sudan istifadə edənlər birliyi fəaliyyət göstərir .Cari təsərrüfat ilində kənd sakinləri tərəfindən 274,19 ha sahədə pambıq becərilib, hazırda yığım aparılır və fermerlər yüksək məhsuldarlıq gözləyirlər və növbəti il daha çox sahədə pambıq becərəcəklərini qarşıya məqsəd qoyublar. Kəndin əhalisi əsasən fərdi təsəsrrüfatla məşğuldur.
İcra hakimiyyətinin başçısı sakinləri salamladı, Ölkədə və rayonumuzda görülən işlərdən danışaraq qeyd etdi ki, Cənab Prezidentn tapşırığına əsasən yerlərdə sakinlərlə görüşümüzün əsas məqsədi problemlərinizi dinləmək və onların həlli istiqamətində addım atmaqdır.
Sakinlər tətəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapdı, digərləri barədə müvafiq tapşırıq və tövsiyələr verildi.
Göstərilən diqqət və qayğıya , ölkədə olan sabitliyə görə sakinlər Ölkə prezidentinə və rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.