Beyləqanda Pambığın yığımının gedişi və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti müşavirə keçirildi.
28 sentyabr 2018-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyətində müşavirə keçirildi. Müşavirədə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri, idarə, müəssisə rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələr iştirak etdilər. İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev rayononda pambıq yığımına başlanılmasıyla bağlı görülən işlərin bundan sonrada davam etdirilməsinin vacibliyindən və qarşıda duran vəzifələrdən ətraflı çıxış edərək qeyd etdi ki, növbəti il üçün də pambıq əkilməsi nəzərdə tutulan torpaqlar indidən müəyyənləşməli və yerlərdə bununla bağlı işlər aparılmalıdır. Bəzi yerlərdə artıq şum işləri aparılıb və nəzərdə tutulan digər torpaq sahələrinin də əkinə cəlb olunması istiqamətində görülməli işlərdən danışaraq təklifləri dinlədi, müvafiq tapşırıq və tövsiyələrini verdi.