31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibəti ilə Beyləqanda ümumrayon bayram tədbiri keçirilib.
30 dekabr 2023 | 17:02
Beyləqan Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə Mədəniyyət və istirahət parkında təşkil olunan bayram tədbirində Rayon İcra Hakimiyyəti başçının müavini Yeganə Məmmədova hər kəsin bayramını təbrik edərək bildirib ki, yola saldığımız 2023-cü il - "Heydər Əliyev İli" Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın birdəfəlik terrorçulardan təmizlənməsi, işğaldan azad olunan qədim yurdumuzda konstitusiya quruluşunun tamamilə bərqərar olması ilə şanlı tariximizə qızıl hərflərlə həkk olundu. Y.Məmmədova qarşıdan gələn yeni ilin ölkəmiz və xalqımız üçün uğurlu olması diləyib.
Bayram tədbirində Yeni İlin simvolu olan şaxtababa və qarqızın iştirakı uşaqların böyük sevincinə səbəb olub, mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdiyi konsert proqramı beyləqanlılar tərəfindən rəğbətlə qarşılanıb.