Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla səyyar qəbulu -görüş keçirildi.

07 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbul 07 noyabr 2018-ci il tarixdə Beyləqan rayon Birinci Aşıqlı kəndində keçirildi. Görüşdə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri,rayonun aidiyyəti idarə müəssisə və təşkilat rəhbərləri,kənd sakinləri iştirak etdi.Birinci Aşıqlı kəndi yaşayış məntəqlərini əhatə etməklə 2405 ha əraziyə malikdir. Əhali 593 təsərrüfat olmaqla 2302 nəfərdir. Eyni zamanda kənd ərazisində Kəlbəcər, Laçın və Ağdam rayonlarından 15 ailə olmaqla 54 nəfər məcburi köçkün ailəsi məskunlaşıb. Ərazidə bir məktəb ,Tibb məntəqəsi, Uşaq bağçası, Kitabxana, Klub, Poçt, Telefon stansiyası və Sudan İstifadə edən Birlik fəaliyyət göstərir.kƏnd camaatı zəhmətkeşdir və fərdi təsərrüfatla məşğul olur.Cari təsərrüfat ilində kənd ərazisində 233 ha sahədə pambıq səpini edilib və yığım prosesi davam edir. İcra hakimiyyətinin başçısı Asif Aayev Kənd sakinlərini salamladı və dövlət başçısının tapşırığı ilə yerlərdə keçirilən səyyari görüşlərin əhəmiyyətindən danışaraq sakinlərdən onları narahat edən problemləri səsləndirməyi xahiş etdi.
Çıxış edən kənd sakinlər Əliyev Mirdamət kəndin suvarma suyunda olan problemin həlli üçün kömək edilməsinn vacibliyini qeyd edərək ərazidə dren kollektorların təmizlənməsini, Əliyev Ağalar , Məmmədov Amil bələdiyyə torpaqlarından istifadə etmək istədiklərini və bunun üçün köməklik göstərilməsini xahiş edtdilər.Bu və digər edilən müraciətlərlə bağlı İcra başçısı tərəfindən vətəndaşlara yerində izah verilərək aidiyyəti xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verildi.
Vətəndaşlara göstərilən diqqət və qayğıya görə sakinlər Ölkə prezidentinə və rayon rəhbərliyinə minnətdarlıq bildirdilər.

 

 

Keçidlər