Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.
21 noyabr 2018 | 16:00
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbul 21 noyabr 2018-ci il tarixdə Beyləqan rayon Şərq qəsəbəsində keçirildi. Görüşdə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri,rayonun aidiyyəti idarə müəssisə və təşkilat rəhbərləri,kənd sakinləri iştirak etdi.