Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.
28 noyabr 2018 | 16:00
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbul 28 noyabr 2018-ci il tarixdə Beyləqan rayon Türklər qəsəbəsində keçirildi. Görüşdə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri,rayonun aidiyyəti idarə müəssisə və təşkilat rəhbərləri,kənd sakinləri iştirak etdi.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində rayon başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.