Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.
10 dekabr 2018 | 16:00
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə növbəti qəbul 10 dekabr 2018-ci il tarixdə Beyləqan rayon Kəbirli kəndində keçirildi. Görüşdə İcra hakimiyyəti, hüquq mühafizə orqanları rəhbərləri,rayonun aidiyyəti idarə müəssisə və təşkilat rəhbərləri,kənd sakinləri iştirak etdi.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində rayon başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.