Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Beyləqan rayonunda ümumrayon tədbiri keçirilmişdir.

12 dekabr 2018 | 16:00

12 dekabr 2018-ci il tarixdə Beyləqan rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə  bağlı Beyləqan rayon Heydər Əliyev Mərkəzində  tədbir keçrilmişdir.  Tədbirdə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd ərazi icra nüməyəndələri, rayon içtimaiyyətinin nümayəndələri səhiyyə, təhsil işçiləri və mətbuat nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları üçün Heydər Əliyev Mərkəzində “Sən həmişə bizimləsən”adlı sənədli film nümayiş olundu. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla  yad edildi. Daha sonra Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev tədbiri açaraq  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on beş il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirdi.
Tədbirdə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova çıxış edərək  Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin Heydər Əliyevin adı ilə, eyni zamanda 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu və “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq, bu gün qədirbilən xalqımızın demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etdiyini, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratdığını, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olduğunu xüsusilə vurğuladı.
Tədbirdə YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev çıxış edərək  bildirdi  ki, Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib.
Daha sonra rayon Ağsaqqallar Şurasının üzvü Kazım Kazımov çıxış edərək qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.

ğ

 

 

 

 

Keçidlər