Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.

20 dekabr 2018 | 16:00

      Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevin 18 dekabr 2018-ci il tarixdə Beyləqan rayonu Qaralılar kəndində  kənd sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
    Səyyar görüşdə rayon İcra hakimiyyəti başçısının müavinləri,  İcra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. 130 nəfər sakinin iştirak etdiyi görüşü  Rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən  danışdı və daha sonra sakinləri narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Qaralılar kənd sakinləri  çıxış edərək  ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqları aradan qaldırılmasını xahiş etdilər.
      Rayon İcra hakimiyyəti başçısı cənab Asif Ağayev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər