Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirildi.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə 25 dekabr 2018-ci il tarixdə Beyləqan rayonu İkinci Aşıqlı kəndində rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevin növbəti səyyari görüşü keçirilmişdir. Tədbirdə İcra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
Görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib.Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar aidiyyəti üzrə bir sıra vəzifəli şəxslərə, təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Çıxış edən icra hakimiyyətinin başçısı cənab Asif Ağayev keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.
Qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və ərazilərdə mütəmadi olaraq keçirilən səyyar qəbul və görüşlərin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.