Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin vətəndaşlarla növbəti səyyar qəbulu -görüş keçirilmişdir.

08 yanvar 2019 | 16:00

Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayevin 08 yanvar 2019-cu il tarixdə Beyləqan şəhər sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
    Görüşdə rayon İcra hakimiyyəti başçısının müavinləri,  İcra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. 115 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən  danışdı və daha sonra sakinləri narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Beyləqan şəhər sakinləri  çıxış edərək  ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi məsələləri aradan qaldırılması istiqamətində öz  təkliflərini veridlər.    Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Ağayev sakinlər tərəfindən qaldırılan məsələləri dinləyərək həmin məsələlərin nəzratə götürülməsi və qısa zaman ərzində həll olunması istiqamətində müvafiq tapşırıqlar verdi.

Keçidlər