Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

20 yanvar 2019 | 16:00

20.01.2019-cu il tarixdə Beyləqan rayonu şəhidlər abidəsi kompleksinin qarşısında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.Anım mərasimində rayon İcra hakimiyyətinin başçısı cənab Asif Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və təşkilatlarının kollektivləri, rayon ərazisində dislokasiya olunmuş hərbi hissələrin əsgər və zabitləri, təhsil müəssisələrinin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri iştirak etmişlər.
20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və rayon rəhbərliyi tərəfindən abidə önünə əklil dəstəsi qoyulmuşdur.
Sonra tədbir iştirakçıları tərəfindən abidə önünə tər güllər qoyularaq şəhidlərin ruhu yad edilmişdir.

 

 

 

 

Keçidlər